Tramp adminsitarsiyası Rusiya sanksiyalarını qaldırmağı müzakirə edirmiş Dünya

Tramp adminsitarsiyası Rusiya sanksiyalarını qaldırmağı müzakirə edirmiş

"The Daily Mail" yazır ki, sızmış email-lərdən Tramp administrasiyasının Rusiyanın neft sənayesi üzərindəki sanksiyaları qaldırmağı, lap bu yaxınlarda, mart ayında müzakirə etdiyi məlum olub. Bu hadisənin milli təhlükəsizlik müşaviri Mixail Flynnin istefaya getməsindən sonra baş verdiyi bildirilir.
Bu da bəlli olub ki, Dövlət Departamenti bu hərəkətin ABŞ iqtisadiyyatına ziyan vuracağını bildirərərək sanksiyaların qaldırılmasına qarşı çıxıb.
Sözügedən sanksiyalar Rusiya üzərinə Moskva Krımı ilhaq etdikdən sonra prezident Barak Obama tərəfindən qoyulub. Sanksiyalar, həm də Rusiyanın Suriya prezidenti Əsədi dəstəkləməsinə və ABŞ prezident seçkisinə kiberhücumlarına cavab kimi qəbul olunub.
"The Daily Beast" saytının tanış olduğu email-lərdən görünür ki, sanksiyaların qaldırılması barədə müzakirələr yeni müşavir general-leytenant H. R. Master Flynni əvəzlədikdən sonra da davam etdirilib.
"The Daily Beast" yazır ki, NSC strateqi Kevin Harrinqton Rusiya üzərindən sanksiyaların qaldırılmasının nəticələri barədə təhlil tərtib edib.
Ağ Ev isə bildirir ki, bu hesabat Rusiyaya qarşı sanksiyaların necə işlədiyini təhlil etmək üçün idi.
Onun təhlilinə görə sanksiyalar Rusiyaya xüsusi bir ağrı vermirdi. Onun mövqeyi belə idi ki, əgər bu sanksiyalar Rusiyaya heç bir təsir etmirsə, və əksinə "bizim iqtisadiyyatımıza ziyan vurursa, onların xeyri nədir?"
Lakin Ağ Evin rəsmisi deyib ki, bu hesabatdan heç bir nəticə çıxmayıb.
Email-lərdən birində deyilirdi ki, sanksiyaların qoyulmasına səbəb olan vəziyyət dəyişməyib.
Email-də qeyd olunurdu: "Rusiya Krım da daxil olmaqla Ukrayna ərazilərinin işğalını davam etdirir".
Hadisələrlə içəridən tanış mənbə bildirib ki, Harrinatona Rusiya neftinə qoyulmuş sanksiyaların ABŞ iqtisadiyyatına mümkün ziyanını öyrənmək tapşırılmışdı.
"The Daily Mail" yazır ki, Tramp Ağ Evə gəldiyi ilk həftələrdən Rusiya ilə daha yaxşı münasibətlərə can atdığını bəyan edir.
O "Times" məcmuəsinə demişdi ki, "Rusiya ilə bir-iki yaxşı sövdələşmə əldə etməyə çalışır".
Yeri gəlmişkən, amerikalı kinorejissor Oliver Stouna müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya və ABŞ arasında açıq və miqyaslı silahlı münaqişə olsaydı, heç kim sağ qalmazdı.
Oliver Stoun Rusiya lideri ilə təkbətək söhbət əsasında dördseriyalı sənədli film çəkib. Ekran əsəri 12-15 iyun tarixlərində ABŞ-ın "Showtime" telekanalında nümayiş olunacaq.
"Düşünürəm ki, heç kim sağ qalmazdı", – deyə Putin "Moskva və Vaşinqton arasında qarşıdurma qaynar hərbi mərhələyə keçsəydi, ABŞ üstünlük əldə edə bilərdimi?" sualına cavabında bildirib.
Bundan əlavə, Stoun Donald Trampın prezident seçilməsinin Rusiya-Amerika münasibətlərinin yaxşılığa doğru dəyişməsinə ümid verib-vermədiyi ilə maraqlanıb.
"Ümid həmişə var. Bizi ağ nəleyində qəbrə qoyuncaya qədər", – deyə Putin cavab verib.