Rusiyadan Qətərə dövlət çevrilişi xəbərdarlığı Dünya

Rusiyadan Qətərə dövlət çevrilişi xəbərdarlığı

Ərəb ölkələrinin Qətərə qarşı başlatdığı blokada davam edərkən Rusiya mediasında Qətər əmiri Təmim bin Həməd əs-Saniyə qarşı hər an çevriliş cəhdi edilə biləcəyi haqda xəbərlər yayılıb.

Rusiya mediasının ərəb mənbələrə istinadən yaydığı xəbərlərə görə, Körfəz ölkələrinin Qətəri mühasirəyə almasına baxmayaraq vəziyyətdən razı olmadıqları və ölkə daxilindəki tərəfdarları ilə yeni bir hökumət qurmaq planı üzərində işlədikləri bildirilir.

Mənbələr ABŞ prezidenti Trmpın da imza atdığı çevrilişə, Qətərdəki ABŞ hərbçilərinin də dəstək verəcəyini qeyd edir.

Ehtimal olunan bir çevriliş cəhdinə qarşı Doha hökumətinin də planına yer verilən xəbərlərdə , Qətər əmirinin çevriliş baş tutacağı təqdirdə Türkiyəyə sığınacağı bildirilir.

Digər tərəfdən yerli mənbələrdən əldə edilən məlumatlara görə, Körfəz ölkələri Qətər ətrafında döyüş gəmiləri və əsgər yerləşdirməyə başlayıb.

Rus mətbuatının yazdığına görə, Qətərin paytaxtı Dohadan 40 km uzaqlıqdakı Əl Udeid hava bazası ölkə üçün həlledici əhəmiyyətə malikdir . Ölkədə olan 10 mindən çox ABŞ əsgəri bu mərkəzdən idarə edilir.

"Körfəz ölkələri ABŞ-ın dəstək verməcəyi təqdirdə, Qətərin çox qısa bir zamanda işğal ediləcəyini düşünürlər" – Rusiya mətbuatı belə yazır.