Hakerlər ABŞ HHQ-nin "Cloud One" bulud platformasını sındırıblar
27 Noyabr 16:42
27 Noyabr 16:42
27 Noyabr 14:34
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
21 Aprel 2025 07:55
11 543
Rusiya prezidenti Vladimir Putinin elan etdiyi Pasxa atəşkəsindən sonra
Ukrayna münaqişəsinin uzunmüddətli həlli mümkün ola bilər.
RİA Novosti bu barədə müsahibə götürülmüş amerikalı ekspertlərə istinadən xəbər verir.
Xatırladaq ki, şənbə günü, aprelin 19-da Rusiya prezidenti Vladimir Putin aprelin 21-i gecə yarısına qədər qüvvədə olan Pasxa atəşkəsi elan edib.
Ohayo Universitetinin politoloqu Con Müller bu addımın uzunmüddətli atəşkəsə gətirib çıxaracağına ümid etdiyini bildirib. "Bu, hər iki tərəfə lazımdır" deyib.
Kaliforniya Texnologiya İnstitutunun professoru Doredik Kiviet hesab edir ki, Pasxa atəşkəsi Moskvanın münaqişəni həll etməyə hazır olduğunu göstərir. “İstənilən atəşkəs atəşkəs olmamasından yaxşıdır... Putin münaqişənin eskalasiyasında maraqlıdır”, - deyə ekspert fikirlərini bölüşüb.
Salem Universitetinin siyasi elmlər professoru Kanişkan Sathasivam əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Pasxa bayramı öncəsi vəziyyətin həllinə ümid edirdi və Rusiya liderinin təklifi Vaşinqtona Moskvanın sülh istədiyini göstərir.
Bundan əvvəl Kornell Universitetinin professoru Riçard Bensel bəyan etmişdi ki, Kiyev Pasxa atəşkəsinə əməl etmədiyinə görə ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh danışıqlarından çıxa bilər. Ekspertin fikrincə, Tramp gözlənilməz insandır.
Cavid
27 Noyabr 20:53
721
27 Noyabr 20:12
798
27 Noyabr 20:12
721