Kürd liderdən xəbərdarlıq: Qanlı savaş başlayacaq Dünya

Kürd liderdən xəbərdarlıq: Qanlı savaş başlayacaq

Türkiyə Şimali İraqda referendum keçirilməsinin əleyhdarıdır.
Bunu jurnalistlərə açıqlmasında Türkiyə prezidentinin baş müşaviri İlnur Çevik söyləyib.
"Kürdlər Səddam Hüseyndən sonra İraqın əsas beyini oldular. Onlar bu ölkəni ayaqları üzərinə qaldıra bilərdilər, amma bacarmadılar. Çətin dövrdən keçən bölgədə birinci ilan Əl Qaidə, ikincisi isə İŞİD idi. İŞİD-in Mosul və Kərkükə hücum etməsilə hər şey alt-üst oldu. Hazırda kürdlər düşdükləri vəziyyətdən çıxış axtarırlar və bunun müstəqillikdə olduğuna inanırlar. Türkiyə kürdlərə neft satması üçün dəstək göstərə bilər, amma kürdlərin müstəqilliklə bağlı referendumundan məmnun deyillər. Əgər bir kürd dövləti qurulsa, Türkiyə ona qarşı boykot tətbiq etməz.
Bir dövlət qurmaq hər kəsin haqqıdır. Kürdlər dövlət qura bilərlər, amma ondan sonra nə edəcəklər? Dövləti qursalar, onu yaşada biləcəklərmi?" – Çevik vurğulayıb.
Şimali İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani isə Frans24-ə açıqlamasında deyib ki, Kürdüstan muxtariyyətinin referendum qərarına qarşı çıxarlarsa, böyük savaş başlaya bilər.

"Nə üçün indi yox? Bu referendum dəfələrlə təxirə salınıb. Əgər bütün problemləri həllini, regionun sabitliyə qovuşacağını gözləsək, çox uzun çəkəcək. Yəni tarixin müəyyən edilməsinə uğurlu ola bilməyəcəyik. Qərar verilib. Dəyişilməzdir. 25 sentyabrda referendum keçiriləcək", - kürd lider bildirib.