Maliyyə Nazirliyi: Azərbaycanda mənzil maliyyələşməsi fondunun aktivləri 2 milyard dolları ötüb
Nazir müavini: Azərbaycanda 58 min ailə ipoteka mexanizmi ilə mənzil sahibi olub
"İsrailin Fələstin Dövlətinin torpağı, dənizi və hava məkanı üzərində heç bir suverenliyi yoxdur"
UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir
Mayın 24-də 56 mindən çox abituriyent II və III qrup üzrə imtahan verəcək
26 May 2025 15:51
2 849.webp)
Suriya Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, paytaxt Şamda DEAŞ terror təşkilatına qarşı keçirilən əməliyyatda çox sayda terrorçu saxlanılıb.
Xalqcebhesi.az xəbər verir ki, Nazirliyin Telegram üzərindən yaydığı açıqlamaya əsasən, Şamın Qərbi Quta bölgəsində yerləşən əl-Kisve, Deyr Habiye, əl-Muqəylibə və Zəkiyyə yaşayış məntəqələrində DEAŞ-ın hüceyrə strukturlarına qarşı əməliyyatlar keçirilib.
Əməliyyat zamanı çox sayda DEAŞ üzvü həbs edilib, həmçinin istiliklə idarə olunan raketlər, yüngül, orta və ağır silahlar, müxtəlif partlayıcı qurğular və partladılmağa hazır intihar kəmərləri ələ keçirilib.
Məryəm Quliyeva