Xamenei: ABŞ-ın məğlubiyyəti Fars körfəzində yeni dövrün başlanğıcıdır Dünya

Xamenei: ABŞ-ın məğlubiyyəti Fars körfəzində yeni dövrün başlanğıcıdır

ABŞ-ın İrana qarşı planları iflasa uğrayıb və bu məğlubiyyət Fars körfəzi regionunun tarixində yeni bir dövrün başlanğıcıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının ali rəhbəri Müctəba Xameneinin ölkədə qeyd olunan Fars körfəzi günü münasibətilə yaydığı yazılı bəyanatda bildirilir.

Xameneinin "Telegram" kanalında dərc olunan mətndə deyilir:

"Bu gün, İrana qarşı ən böyük təcavüzdən iki ay sonra, Amerikanın rüsvayçı məğlubiyyəti və planlarının pozulması ilə Fars körfəzi və Hörmüz boğazının tarixində yeni bir fəsil açılır".

Məryəm Quliyeva