Nigeriyada partlayış baş verip Dünya

Nigeriyada partlayış baş verip

Nigeriyanın şimal-qərbindəki Sokoto əyalətində, Sokoto polis sözçüsü Əhməd Rufai verdiyi yazılı açıqlamada, əyalətin Qvabro kəndində əldəqayırma partlayıcı qurğunun səbəb olduğu güman edilən partlayışın baş verdiyini bildirib.

Xalqcəbhəsi.az-ın “TRT Haber”ə istinadla məlumatına görə, Rufai qeyd edib ki, partlayış nəticəsində 6 nəfər ölüb, çox sayda yaralı var.

Rufai hadisə ilə bağlı araşdırmanın davam etdiyini vurğulasa da, partlayışla bağlı hər hansı təfərrüat verməyib.

Bildirək ki, Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP terror təşkilatlarının hücumları ilə üzləşir. Qeyd edik ki, Lakurava yanvar ayında ölkə administrasiyası tərəfindən terror qruplaşması elan edilib.