İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
10 İyun 2025 09:31
5 761
"Şöhrət" ordeni laureatı, Xalq artisti İslam Rzayevin 90 illik yubileyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində xatirə gecəsi təşkil olunacaq.
İyunun 30-u, saat 19:00-da keçiriləcək tədbirdə İslam Rzayevin tələbələri, görkəmli xanəndələr, sənət adamları çıxış edəcəklər.
Qeyd edək ki, İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. 1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyətə göstərib. İslam Rzayevin təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılmışdır. Həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. 70-dən artıq qastrol səfərlərində olub, Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, Türkiyə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil edib. Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib.
25 Mart 16:21
1 281
23 Mart 22:02
2 667
23 Mart 17:27
2 940