29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
10 İyun 2025 11:59
10 367
Urmu millət vəkili Salman Zakir parlamentin açıq iclasında vətəndaşlıq qeydiyyatı və sənəd qeydiyyatı idarələrinin uşaqlara və mağazalara türk adlarının verilməsinə qarşı çıxmasına etiraz edib.
Gunaz.tv
Millət vəkili Daxili İşlər Naziri və vətəndaşlıq qeydiyyatı rəsmilərinə xatırlatma edib:
"Uşaqlarımıza, dükanlarımıza etnik qrupların və dillərin terminləri, titulları, adları qoymağın nə qəbahəti var? Uşaqlarımıza sadə və mürəkkəb türk adlarının verilməsi sosial vəziyyətə uyğun deyilmi? Yeri gəlmişkən, bu, türkcə mədəniyyəti, adət-ənənəni və dilin özünü gücləndirir."
Balamın Adı kampaniyasına görə, Vətəndaş Qeydiyyatı Təşkilatı bu yaxınlarda "Ayhan, Elhan, Orhan, Əlihan, Əlişan, Elara, Elana, Elay" kimi onlarla məşhur türk adını "İcazə Verilən Adlar Siyahısı"ndan çıxarıb. Təşkilatın statistikasına görə, bu adlar əvvəlki illərdə valideynlərin ən çox bəyəndiyi və tez-tez seçdiyi adlar sırasında olub.
Eyni qurumun statistik məlumatlarına görə, Ayhan adı Şərqi Azərbaycan vilayətində 2023 və 2024-cü illərdə və 2023-cü ildə Zəncan vilayətində ən məşhur ad olub. Eyni ad Qərbi Azərbaycan vilayətində ikinci ən məşhur ad, Ərbildə əyalətində dördüncü ən məşhur ad olub.
Vətəndaşlıq Qeydiyyatı Təşkilatı Elman, Elşən, Elyar, Eldar və başqa çox sayda türk adını “samit səsi var” bəhanəsi ilə qadağan olunmuş adlar siyahısına salıb və bu türk adlarına doğum haqqında şəhadətnamə verməkdən imtina edir, türkcə olmayan adlar “Maidə”, “Faizə”, “Faiqə” kimi adlara isə şəhadətnamə problemsiz verilir.
28 Avqust 10:48
1 603
25 Avqust 11:15
2 765
25 Avqust 11:13
2 646