Tramp yenidən Los Anceles rəhbərliyini tənqid edib Dünya

Tramp yenidən Los Anceles rəhbərliyini tənqid edib

ABŞ Prezidenti Donald Tramp Los Anceles rəhbərliyini şəhərdəki çaxnaşmanın səbəbkarı olmaqda günahlandırıb.

APA xəbər verir ki, o bu barədə öz “X” hesabında yazıb.

“Əgər mən hərbi qüvvələri üç gün boyunca Los Ancelesə göndərməsəydim, bir vaxtlar gözəl və möhtəşəm olan o şəhər, Mayorun bacarıqsızlığı səbəbindən iyirmi beş min evin yandığı kimi yanıb külə dönərdi”- o, bildirib.

Ağ Ev lideri evlərin təmir olunmamasının səbəkarı kimi Federal İcazə Prosesini ləngliyini göstərib.