ÜST: Koronavirusun yeni "PJ.2.1" ştamının yayılma riski artır
31 Oktyabr 15:21
31 Oktyabr 15:21
31 Oktyabr 15:11
31 Oktyabr 13:01
15 Dekabr 2025 10:31
3 248
Dekabrın 22-də Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin Tailand-Kamboca sərhədində yaranmış gərgin vəziyyətin həllinə həsr olunmuş xüsusi iclası keçiriləcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Malayziya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"ASEAN Xarici İşlər Nazirlərinin xüsusi iclasının keçirilməsi dekabrın 11-də Malayziya, Kamboca və Tailandın baş nazirləri Ənvər İbrahim, Khun Manet və Anutin Çanvirakun tərəfindən Kamboca və Tailand arasındakı münasibətlərdə vəziyyətin nizama salınması səyləri çərçivəsində qəbul edilmiş qərarlardan sonra həyata keçirilir", - deyə "Star" qəzeti yazıb.
Nəşrin qeyd etdiyi kimi, görüş əvvəlcə dekabrın 16-na planlaşdırılsa da, Banqkokun xahişi ilə dekabrın 22-nə təxirə salınıb.
Məryəm Quliyeva