11:39
595
Gürcüstan hökumətinin Avropa yoluna dönəcəyinə ümid edirik.
APA-nın yerli bürosu xəbər verik ki, bunu Avropa İttifaqının (Aİ) genişlənmə üzrə ali komissarı Marta Kos Brüsseldə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstan Avropa yolunda irəliləmək istəyirsə, başqa cür hərəkət etməlidir.
“Biz əlbəttə ki, vətəndaş cəmiyyətini və müstəqil medianı dəstəkləməkdə davam edəcəyik. Mən çox ümid edirəm ki, xalqın dəstəyi ilə Gürcüstan hökuməti Avropa yoluna geri dönəcək. Lakin əlbəttə ki, bu, onların əlindədir”, - Kos əlavə edib.
Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək təxirə salıb, lakin avrointeqrasiya prosesinin dayandırılmadığını bildirib. Ötən ay məlum olub ki, Avropa İttifaqının özü 2024-cü ilin iyunun 27-də Gürcüstanla dialoqu dayandırmaq barədə qərar qəbul edib.