13 Noyabr 13:21
15 Dekabr 2025 11:50
3 458
Azərbaycanın stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışına qatılacaqlar.
AZƏRTAC xəbər verir ki, milli komandanın üzvləri – Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudova bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanıblar. İdmançılar baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında dekabrın 15-dən etibarən BƏƏ-də yerli komanda ilə birgə hazırlıq keçəcəklər.
Birləşmiş Ərəb Əmirlikləri Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə Şarja şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq.
13 Noyabr 17:40
931
13 Noyabr 16:22
1 029
13 Noyabr 15:44
1 050