İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
15 Dekabr 2025 11:47
3 710
Respublika Gənclər Kitabxanasında Xalq artisti, Dövlət mükafatı laureatı, korifey sənətkarımız Rəşid Behbudovun 110 illiyi münasibətilə “Bir ömürlük alqış” adlı videomaterial hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda sənətkarın həyat və yaradıcılığından bəhs olunub.
Videomaterialda Rəşid Behbudovun ifasında xalq yaradıcılığını, vokal sənətini, estrada janrını böyük məharətlə uyğunlaşdırdığı, bir sıra ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin tanınmasında əvəzsiz xidmətlərinin olması qeyd edilib.
Kitabxana əməkdaşlarının hazırladığı materialda Xalq artisti Rəşid Behbudovun səs yazıları, ifaları səsləndirilib, ona dünya şöhrəti qazandıran “Arşın mal alan” filmindən fraqmentlər sərgilənib.
Videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/bir-omurluk-alqis yerləşdirilib.
25 Mart 16:21
1 281
23 Mart 22:02
2 667
23 Mart 17:27
2 940