Rusiyada bir sıra aeroportlar fəaliyyətlərini dayandırıb Dünya

Rusiyada bir sıra aeroportlar fəaliyyətlərini dayandırıb

Sankt-Peterburqda Pulkovo hava limanı çərşənbə axşamı, iyunun 10-da səhər tezdən fəaliyyətini dayandırıb. Hava limanı reysləri qəbul etmir və göndərmir. Oxşar məhdudiyyətlər Nijnekamsk hava limanında da tətbiq edilib,

Bu barədə Rosaviatsiya rəsmi nümayəndəsi Artem Korenyako xəbərdarlıq edib.

O, Telegram-kanalında yazıb ki, təyyarələr hələ nə qalxır, nə də enir. İdarədən bildirilib ki, bu tədbirlər sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün lazımdır. Məhdudiyyətlər iyunun 10-da Moskva vaxtı ilə səhər saat 5-də qüvvəyə minib.

Xatırladaq ki, iyunun 10-da gecə yarısı Moskvanın dörd hava limanında təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər tətbiq edilib. Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski uçuşları 30 dəqiqəlik dayandırıb.

Cavid