
Zelenski: Ukrayna Avropa Birliyinin bir hissəsi olacaq
7 Avqust 19:52
7 Avqust 19:52
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Fələstinə dəstək nümayişlərinə rəhbərlik etdiyi səbəbilə Miqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanılan Kolumbiya Universitetinin tələbəsi Mahmud Xəlil mart ayından bəri saxlandığı ICE təcridxanasından sərbəst buraxılıb.
Dünən Newark Federal Məhkəməsinin hakimi Michael Farbiarzın Xəlil barəsində irəli sürülən ittihamların onun həbsinə haqq qazandıracaq səviyyədə olmadığını qeyd edib və fələstinli fəal sərbəst buraxılıb.
Mart ayından bəri saxlandığı Luiziana əyalətindəki təcridxanadan çıxarkən mətbuat mənsublarına açıqlama verən Xəlil, "Ədalət zəfər çaldı, amma bu, gec oldu. Bu, 3 ay davam etməməli idi" deyib.
Eyni yerdə saxlanılan 1000-dən çox adamı da xatırlayan Xəlil onların da haqsız yerə saxlanıldığını vurğulayıb. Xəlil onun öncəliyinin həyat yoldaşını və o, tutularkən doğulan oğlunu görmək olduğunu söyləyib.