
Trump: Atəşkəsə nail olmasam, məyus olacağam
15 Avqust 20:00
15 Avqust 20:00
15 Avqust 19:34
15 Avqust 18:34
15 Avqust 18:03
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Ötən gün Türkiyədə 9-u böyük miqyaslı olmaqla 3-ü hələ də davam edən 77 yanğın hadisəsi baş verib.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı məlumat yayıb.
“Manisada Akhisar, İzmirdə Kuyucak və Doğanbey ərazilərində yanğının davam edir. Bu yanğınların 3-ü də ciddidir. Buna görə 4 kənd və 2 məhəllə boşaldılıb. Bundan əlavə, səhər saatlarında Antalyanın Qazipaşa rayonunda da meşə yanğını baş verib”, - nazir bildirib.
Ədliyyə naziri Yılmaz Tunç isə yanğınla bağlı davam edən araşdırmalar çərçivəsində 17 şübhəlinin nəzarətə alındığını açıqlayıb.
"Yanğın səbəbiylə Biləcik Gölpazarı Açıq Cəza Müəssisəsindən ehtiyat tədbiri məqsədilə 1081 məhbus və məhkum sağ-salamat qonşu əyalətlərdəki açıq cəzaçəkmə müəssisələrinə təxliyə edilib. Onların ailələrinə və yaxınlarına proseslə bağlı məlumat verilib. Hazırda cəza müəssisələrimizdə təhlükə yoxdur", - deyə o qeyd edib.
Nazir bildirib ki, İzmir vilayətinin Buca rayonunda meydana gələn meşə yanğınında 1 şübhəli yanğını benzinlə başlatdığı səbəbiylə nəzarətə alınıb.