Krımda hərbi obyektləri lentə alan Kiyevin iki agenti saxlanılıb Dünya

Krımda hərbi obyektləri lentə alan Kiyevin iki agenti saxlanılıb

Təhlükəsizlik qüvvələri mühüm infrastruktur obyektlərinin və hərbi texnikanın foto və videolarını Kiyevə ötürən iki Krım sakinini saxlayıb.

Bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə onlar Krımda mühüm infrastruktur obyektlərinin və hərbi texnikanın fotoşəkillərini çəkib və lentə alıblar. Onlar həmçinin obyektlərin yerləşdiyi yerin koordinatlarını və orada yerləşən işçilərin kateqoriyalarını göstəriblər. Onlar toplanmış materialları Ukraynanın Telegram botuna göndəriblər.

Cavid