

29 İyun 17:37
29 İyun 16:08
29 İyun 14:57
Hindistanın Telangana ştatında yerləşən kimya fabrikində reaktor partlayışı nəticəsində azı 10 nəfər həlak olub, 12-dən çox işçi isə yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, Pashamylaram bölgəsində yerləşən Sigachi Industries şirkətinə məxsus fabrikdə baş verən partlayışdan sonra yanğın çıxıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
Yerli mətbuatın məlumatına görə, hadisə zamanı bir çox işçinin fabrikdə köməksiz vəziyyətdə qaldığı ehtimal olunur.
Məryəm Quliyeva