Belarusda xüsusi əməliyyat keçirilib, PUA-larla hücumun qarşısı alınıb Dünya

Belarusda xüsusi əməliyyat keçirilib, PUA-larla hücumun qarşısı alınıb

Belarusun Dövlət Təhlükəsizlik Komitəsi strateji obyektlərə pilotsuz uçuş aparatları ilə hücumun qarşısını alıb.

APA “BELTA”-ya istinadən xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə keçirilən "Harpun" xüsusi əməliyyatı 732 gün davam edib.
Nəticədə cinayətkar qruplaşmanın rəhbəri xarici ölkələrdən birində həbs olunaraq ölkəyə gətirilib.