FTX yüksək rütbəli hərbçiyə qarşı terror aktının qarşısını alıb Dünya

FTX yüksək rütbəli hərbçiyə qarşı terror aktının qarşısını alıb

Xüsusi təyinatlıların əməkdaşları Rostov-Donda yüksək rütbəli hərbçiyə qarşı terror aktının qarşısını alıblar.

Bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin bəyanatında deyilir.

"Federal Təhlükəsizlik Xidməti Mərkəzi Asiya dövlətlərindən birinin 1982-ci il təvəllüdlü vətəndaşını saxlayıb”, - nəşr yazır.

Xaricdə olan bu şəxsi tanışı vasitəsi ilə Ukrayna xüsusi xidmət orqanlarının zabiti işə götürüb. Sonra hücumçu Rostov-Dona gəlib. Orada mənzil kirayələyib və hərbçinin yaşayış yeri üzrə kəşfiyyat aparıb.

Xüsusi təyinatlılar tərəfindən saxlanılan şəxsdən çəkisi 400 qram trotil ekvivalentində olan kustar üsulla hazırlanmış partlayıcı qurğu, kuratorla məxfi əlaqə saxlamaq üçün rabitə vasitələri və müşahidə üçün videokamera götürülüb.

Cavid