İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
11 Avqust 2025 21:08
2 184
ABŞ-ın Pensilvaniya ştatındakı US Steel zavodunda partlayış baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Jurnalistlər hadisənin Klerton şəhərində baş verdiyinə aydınlıq gətiriblər. Partlayış nəticəsində bir neçə nəfər yaralanıb.
"Partlayış 13/15 akkumulyatorunun "əks kamerasında" baş verib. Kamera sobada kömürün vahid bişməsini təmin edən mexaniki tənzimləyici rolunu oynayır", - məqalədə deyilir.
Pensilvaniya qubernatoru Coş Şapiro sosial mediada bildirib ki, onun administrasiyası Clairton rəsmiləri ilə əlaqə saxlayır. O qeyd edib ki, hadisə yerində artıq fövqəladə hallar xidmətinin əməkdaşları və dövlət polisi işləyir.
Məryəm Quliyeva