NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində uçuş edir
28 Noyabr 13:38
28 Noyabr 13:38
27 Noyabr 16:42
27 Noyabr 14:34
20 Avqust 2025 17:42
2 779
ABŞ-ın Şimali Karolina ştatının Hatteras adasının yaxınlaşan “Erin” qasırğası ilə əlaqədar sakinləri üçün məcburi təxliyə və şiddətli daşqın xəbərdarlığı edilib.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Atlantik Okeanından yaxınlaşan "Erin" qasırğasına hazırlaşdığı bir vaxtda Şimali Karolina ştatının Hatteras adasının sakinləri üçün məcburi təxliyə əmri verilib.
Ada üçün şiddətli daşqın xəbərdarlığı edilib, adanın yerləşdiyi Dare County rayonunda isə fövqəladə vəziyyət elan edilib.
Küləyin sürəti saatda 165 kilometrə çatan və gücü 2-ci kateqoriyaya malik “Erin” qasırğasının quruya çatması gözlənilmir. Bununla belə, qasırğanın sahilyanı ərazilərdə şiddətli tufanlara, təhlükəli dalğalara və daşqınlara səbəb olacağı gözlənilir.
Məryəm Quliyeva
28 Noyabr 15:59
959
28 Noyabr 15:02
1 085
28 Noyabr 14:59
889