25 Avqust 16:35
25 Avqust 16:32
25 Avqust 16:30
25 Avqust 2025 07:40
2 506
Trabzonda panika yaşanıb.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən açıqlamaya görə, Flynas Hava Yollarına məxsus Trabzon-Ciddə reysi ilə uçan təyyarə havaya qalxdıqdan 8 dəqiqə sonra mühərrikində nasazlıq yaranıb.
Xalqcəbhəsi.az “sozcu.com.tr” istinadla qeyd edir ki, fövqəladə vəziyyət elan edən təyyarə təlimata uyğun olaraq 11-ci uçuş-enmə zolağına yönəldirilib.
Təyyarə Trabzon hava limanına təhlükəsiz eniş edib, göyərtəsində olan 169 sərnişin və ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğu bildirilir.
Sərnişinlər şəhərdəki otellərdə yerləşdirilib. Təyyarənin texniki qruplar tərəfindən nasazlığı yoxlanılıb və təmir olunub.
Otellərdə qalan sərnişinlər müxtəlif təyyarələrlə Ciddəyə qaytarılacaq.
25 Avqust 21:36
637
25 Avqust 20:02
721
25 Avqust 19:24
742
