Əfqanıstanda 6 bal gücündə zəlzələ: Ölənlərin sayı 1400-ü keçib Dünya

Əfqanıstanda 6 bal gücündə zəlzələ: Ölənlərin sayı 1400-ü keçib

Bazar günü gecə Əfqanıstanın şərqindəki Kunar əyalətində baş verən 6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 1400-ü ötüb.

Xalqcebhesi.az xəbər verir ki, Əfqanıstan Qızıl Aypara Cəmiyyəti ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında bazar günü gecə Kunar əyalətində baş verən zəlzələ ilə bağlı təfərrüatları paylaşıb.
Əfqanıstan Qızıl Aypara Cəmiyyəti zəlzələdə ölənlərin sayının 1400-ü keçdiyini, yaralıların sayının isə 3251-ə yüksəldiyini bildirib.
Əfqanıstanın Qızıl Aypara Cəmiyyəti üç şərq əyalətində 8 mindən çox evin dağıldığını, çox sayda insanın dağıntılar altında qaldığını və xilasetmə işlərinin davam etdiyini bildirib.
Rəsmilər yaralıların təxliyəsinin davam etdiyini qeyd edərək, ölənlərin sayının dəyişə biləcəyini vurğulayıb.
Səlahiyyətlilər zəlzələ nəticəsində yaranan sürüşmə səbəbindən bəzi bölgələrdə yolların bağlandığını, lakin bu yolların çətin gediş-gəliş olan ərazilərə girişi təmin etmək üçün yenidən açılacağını açıqlayıb.

Məryəm Quliyeva