Fransada bıçaqlı hücum: 4 yaralı Dünya

Fransada bıçaqlı hücum: 4 yaralı

Fransada bir şəxs bıçaqla 4 nəfəri yaralayıb. Hücum edən şəxs polis tərəfindən güllələnərək zərərsizləşdirilib.

Xalqcebhesi.az xəbər verir ki, Fransanın Marsel şəhərində baş verən bıçaqlı hücum nəticəsində 4 nəfər xəsarət alıb. Polis hücumçunu vuraraq zərərsizləşdirib. Hücum zamanı yaralanan şəxslərin həyati təhlükəsinin olmadığı bildirilir. Lakin polis tərəfindən vurulan hücumçunun vəziyyəti ağırdır.

Hücumun səbəbi hələlik məlum deyil. Hadisə anı ətrafdakı insanlar tərəfindən lentə alınıb.

Məryəm Quliyeva