
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Fələstinin vitse-prezidenti Hüseyn Şeyx Rusiya xarici işlər nazirinin müavini Sergey Verşininlə söhbəti zamanı ABŞ-ın BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Fələstin nümayəndə heyətinə viza verməkdən imtina etməsini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Bəyanatda qeyd olunur: “Söhbət zamanı Hüseyn Şeyx ABŞ tərəfinin Fələstin Prezidenti Mahmud Abbasın rəhbərlik etdiyi nümayəndə heyətinin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri ilə bağlı vizaların verilməsindən imtina etməsinə və mövcud vizaların ləğv edilməsinə diqqət çəkib. O, bu addımı BMT ilə ABŞ hökuməti arasında təşkilatın mərkəzi qurumlarının yerləşməsi ilə bağlı imzalanmış razılaşmaya zidd olaraq, beynəlxalq hüququn kobud pozuntusu adlandırıb.”
Məryəm Quliyeva