XİN: Azərbaycanın əməkdaşlığı olmadan TRİPP marşrutu layihəsinin icrası mümkün deyil
Nazir: Azərbaycnın əməkdaşlığı olmadan TRİPP marşrutu layihəsinin icrası mümkün deyil
Ruben Vardanyanın məhkəməsi dekabrın 30-da davam etdiriləcək
Nazir: Bakı ilə Moskva arasındakı gərginlik Ukrayna-Rusiya müharibəsi ilə bağlı deyildi
9 Sentyabr 10:19
1 554
Tramp Si Cinpinə, Kim Çen Ina, Putinə yaxın və rəğbət bəsləyir - bu diktatorlar siyasi liderliyə baxışlarında ona yaxındırlar. Stiv Bannon, Kertis Yarvin, Peter Thiel kimi Trampizm ideoloqlarını oxumaq kifayətdir - onlar ABŞ-da köhnəlmiş respublika sistemindən imtina etməyin zəruriliyindən danışır, yeni mütləqiyyət, “məsul lider” diktaturası istəyirlər.
Bunu "Xalq Cəbhəsi"nə Vətəndaş Cəmiyyəti Problemlərinin Araşdırma Mərkəzinin direktoru (Kiyev, Ukrayna) Vitali Kulik deyib:
Kulikin fikrincə, Tramp özünü belə bir lider kimi görür. O, heç kim tərəfindən asılı, işlərinə mane olmamağı xəyal edir: Ali Məhkəmə, Konqres deyil, Dövlət Departamenti, hətta seçiciləri tərəfindən! Tramp Si, Kim və ya Putin kimi mütləq hakimiyyət istəyir:
"Ona görə də o, Rusiya ilə çox da düşmənçilik etmək istəmir. O, hesab edir ki, iki lider razılığa gəlməyə qadirdir, çünki onlar dəyərlər və ideologiya baxımından düşmən deyillər. Onlar birlikdə qlobalistlərin, demokratların, avropalıların və s. rəqibdirlər".
Cavid