Hakerlər ABŞ HHQ-nin "Cloud One" bulud platformasını sındırıblar
27 Noyabr 16:42
27 Noyabr 16:42
27 Noyabr 14:34
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
11 Sentyabr 2025 08:17
3 801
Rusiyanın Polşa ərazisinə dronla hücum etməsi kimi dəyərləndirilən hadisə, əslində, Rusiya silahlı qüvvələrinin səriştəsizliyinin əlamətidir.
Bunu "Xalq Cəbhəsi"nə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Azər Qasımov deyib.
O, qeyd edib ki, iki gündən sonra Belarusda hərbi təlimlərə başlayacaq Rusiyaya hansı məntiqlə NATO-nu qıcıqlandırmaq lazım idi. İndi bundan sonra əgər təlim baş tutacaqsa, NATO qüvvələri yüksək hazırlıq vəziyyətinə gətiriləcək:
"Bu dəfə NATO-nun 4-cü maddəsi işə düşdü, təlim zamanı bir təsadüfi dronun da Polşa ərazisinə keçməsi durumunda NATO-nun 5-ci maddəsi işə düşə bilər. Rusiya bunun altından çıxa bilməz. Ən yaxşı halda NATO var gücü ilə Ukraynanı güclü silahlarla təchiz edəcək. Rusiyanın da dili qısa olacaq. Rusiyaya bu lazım deyil. Bu dronlar kütləvi şəkildə Ukraynanın Polşa ilə sərhəd Lvov və ya digər bölgələrini vurmağa gedən dronlar olub, sadəcə nəzarətdən ya çıxıb, ya da səriştəsiz idarə olunub. Rusiya ordusunun dron idarə etmək təcrübəsini bir-iki il hesab etmək olar, xüsusən də, bu dronlar İran istehsalı olarsa. Bu dronların hələ hərbi obyektləri vurduğunu görən olmayıb. Ruslar onunla ancaq yaşayış və mülki obyektləri vururlar. NATO isə bu hadisəni öz lehinə çevirə bilər. Rusiyaya qarşı ciddi təzyiq kampaniyasına başlamaqla".
Cavid
27 Noyabr 20:53
679
27 Noyabr 20:12
770
27 Noyabr 20:12
693