TASS: Fidan Trampın Qəzza sülhü ilə bağlı təkliflərini BƏƏ-də müzakirə edəcək Dünya

TASS: Fidan Trampın Qəzza sülhü ilə bağlı təkliflərini BƏƏ-də müzakirə edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 2-də BƏƏ-yə səfəri zamanı ABŞ prezidenti Donald Trampın Qəzza zolağında vəziyyətin nizamlanması planını müzakirə edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a nazirin səfəri öncəsi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

"Xarici işlər naziri Hakan Fidan 2025-ci il oktyabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Onun Türkiyənin BƏƏ ilə çoxşaxəli əməkdaşlığı daha da inkişaf etdirmək istəyini ifadə edəcəyi gözlənilir. Nazir ABŞ prezidenti Trampın sentyabrın 29-da açıqladığı plan da daxil olmaqla, atəşkəsə nail olmaq və Qəzza zolağında sülhün bərqərar olması səylərini müzakirə edəcək", - mənbə bildirib.

Bundan əlavə, Fidan BƏƏ-də təmaslar zamanı Suriya məsələsini gündəmə gətirmək niyyətindədir. Mənbənin sözlərinə görə, nazir “həmin ölkənin sabitliyini və inkişafını təmin etmək üçün Suriya hökumətinə dəstəyin vacibliyini qeyd edəcək”.

Məryəm Quliyeva