İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
1 Oktyabr 2025 17:00
1 925
Ermənistan hökuməti kiçik nüvə modul reaktoru almaq qərarına gəlib və bu məsələni bir neçə ölkə, o cümlədən Rusiya ilə müzakirə edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
"Rusiya, ABŞ, Çin və Cənubi Koreya ilə danışıqlar aparırıq. Bir-iki il ərzində qərar verilməlidir. Kim bizə uyğun qiymət və təhlükəsiz texnologiya təklif edirsə, ondan alacağıq. Burada geosiyasət yoxdur, axtarmayın", - o qeyd edib.
Ermənistanın mövcud Metsamor Atom Elektrik Stansiyasının (AES) istismar müddəti Ermənistan hökuməti ilə Rusiyanın Rusatom Service şirkəti arasında əməkdaşlıq sayəsində uzadılır. Müvafiq qərar ötən ilin dekabrında Ermənistan-Rusiya hökumətlərarası komissiyasının əsas iclasının yekunları üzrə qəbul edilib. Ermənistan hökuməti AES-in ikinci enerji blokunun istismar müddətinin 2036-cı ilə qədər uzadılması proqramını həyata keçirmək üçün 65 milyon dollar ayırıb.
Məryəm Quliyeva