Rumıniya Baş naziri istefa verməyə hazır olduğunu deyib Gündəm

Rumıniya Baş naziri istefa verməyə hazır olduğunu deyib

Rumıniyanın baş naziri İlie Bolojan bildirib ki, əgər bu ölkənin böhrandan çıxmasına kömək edəcəksə, o, "sabah" vəzifəsini tərk etməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Antena 3 telekanalına müsahibəsində bildirib.

"Sabah istefaya gedə bilərəm. Bolojan baş nazir ola bilər və ya olmaya bilər, bu problem deyil. Hamımız müvəqqətiyik. Amma Rumıniyanın qarşılaşdığı problemlərə reaksiya verməliyik. Bu problemlərdən qaça bilmərik, gəlin bir-birimizi dinləyək", — deyə baş nazir bildirib.

Siyasətçinin sözlərinə görə, hazırda Rumıniya parlament koalisiyasında müəyyən məsələlərlə bağlı bir sıra fikir ayrılıqları mövcuddur.

Bolojan xatırladıb ki, əgər hər hansı siyasi partiya hökumətin üzərinə düşən vəzifələri yerinə yetirmədiyinə əmindirsə, o, etimadsızlıq prosedurundan istifadə edib, Rumınların Birləşməsi Alyansının köməyi ilə parlamentdə çoxluq yarada bilər.

Məryəm Quliyeva