Ərdoğan: Türkiyə pilotsuz təyyarə istehsalında ilk üç ölkə arasındadır Gündəm

Ərdoğan: Türkiyə pilotsuz təyyarə istehsalında ilk üç ölkə arasındadır

Türkiyənin müdafiə sənayesində yerli istehsal payı 80%-ə çataraq, pilotsuz uçuş aparatları istehsalına görə dünyada ilk üç ölkədən birinə çevrilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib.

"Müdafiə sənayesindəki daxili istehsal payımızı 20%-dən 80%-ə çatdırdıq. Təhlükəsizlik qüvvələrimizin ehtiyaclarını demək olar ki, tamamilə yerli istehsal məhsulları ilə ödəyir, 1400-dən çox layihə həyata keçiririk və dron istehsalında dünyada ilk üç ölkə arasındayıq. Müdafiə ixracında qlobal miqyasda 11-ci yerdəyik, 2024-cü ildə 180 ölkəyə ixrac edirik və bu rəqəmi 2025-ci ildə artırırıq", - deyə Ərdoğan Ankarada Türkiyə Silahlı Qüvvələrinə ilk üç yerli istehsal olan Altay əsas döyüş tankının təhvil verilməsi mərasimində və onların yığılacağı zavodun açılışında bildirib.

Məryəm Quliyeva