Terrorçu otel otağının ətrafına kameralar quraşdırıbmış Dünya

Terrorçu otel otağının ətrafına kameralar quraşdırıbmış

Las Veqasda 60-a yaxın adamın ölümünə, 500-dən çox şəxsin yaralanmasına bais olan Stephen Paddok qaldığı hotel otağının ətrafnda kameralar quraşdırıbmış. Dəhlizdə quraşdırılmış iki kamera ona imkan verirdi ki, "təhlükəsizlik əməkdaşlarının və ya qanun keşikçiləri" yaxınlaşanda onları görsün. Polis hələ də Mandalay Bay otelindən açıq havada keçirilən konserti atəş yağışına tutan 64 yaşlı Paddokun hücumunun motivlərini axtarırlar. Ancaq onlar hücumun yüksək dərəcədə planlaşdırıldığını qeyd edirlər.
Şerif Josep Lombardo reportyorlara deyib ki, "bunun əvvəldən geniş şəkildə planlaşdırıldığına və onun edəcəyi hər hərəkəti nəzərə aldığına inanır". Şerifin müavini Kevin Mahill deyir ki, hücum ola bilsin, bir təhlükəsizlik zabiti Paddokun otağına girməyə cəhd edəndə dayanıb. Paddok ona içəridən atəş açaraq ayağından vurub. Müasir ABŞ tarixində ən pis hesab edilən bu qırğın ölkədə silah qanununu bir daha gündəmə gətirib. Ancaq prezident Donald Tramp deyib ki, əgər bunu müzakirə etmək lazımdırsa, indi zamanı deyil. O, əvvəlki açıqlamalarında Paddoku "xəstə adam", "axmaq adam" kimi təsvir edib.
Ancaq ABŞ-ın adının açıqlanmasını istəməyən milli təhlükəsizlik rəsmisi "Reuters" agentliyinə bildirib kli, ortada Paddokun "ruhi xəstə olması və ya beyin zədələnməsi keçirməsi" kimi sübut yoxdur. Polis eyni zamanda Paddokun hər hansı xarici terror təşkilatı ilə əlaqəsini də tapa bilməyib. Paddok polis onun atəş açdığı otelə hücum etməzdən qabaq özünü öldürüb. Paddok otelin 33-cü mərtəbəsində qaldığı otaqdan konserti atəşə tutub.
Polis onun otağından 23 silah tapıb, şəxsi evindən isə külli-miqdarda silah-sursat, partlayıcı vasitə çıxıb. Hər iki yerdə aşkar edilən silahların ümumi sayı 47 olub, rəsmilər bildirib. Hücum zamanı Paddokun olduğu otağın fotoları "Boston 25 News"ə məxsusdur.
Polis onun birgə yaşadığı qadın Marilou Danleyin hücum zmanı Filippində olduğunu, lakin onunla əlaqədə olduğunu bildirib. Filippin imiqrasiya burosundan reportyorlara bildiriblər ki, o, artıq ölkəni tərk edib və Los Ancelesə qayıdıb. Keçmiş mühasib olan Stepen Paddok Las Veqasın şimal-qərbində kiçik Mesquite şəhərində yaşayıb. O, zəngin bir təqaüdçü imiş. Pilot lisezinsiyası daşıyan və iki təyyarə sahibi, əmlak yatırımçısı olub.