12:38
903
Kentukki ştatının Luisvil şəhərində yük təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Fəlakət nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) yük təyyarəsinin Luisvil Məhəmməd Əli Beynəlxalq Hava Limanından havaya qalxdıqdan az sonra saat 17:15 radələrində qəzaya uğradığını açıqlayıb.
Bildirilib ki, yük təyyarəsi Luisvil Məhəmməd Əli Beynəlxalq Hava Limanından Havay adalarının paytaxtı Honoluluya gedirmiş.
Bildirilib ki, hava limanı ətrafındakı yaşayış massivinin yaxınlığında qəzaya uğrayan “UPS 2976” reysini daşıyan MD-11 tipli təyyarənin qəzaya uğrama səbəbləri araşdırılır və hava limanı uçuşlara bağlanıb.
Məryəm Quliyeva
10:42
1 141
18 Noyabr 18:59
1 596
18 Noyabr 16:38
1 351