Çin sahil mühafizə gəmiləri Yaponiyanın ərazi sularını pozub Dünya

Çin sahil mühafizə gəmiləri Yaponiyanın ərazi sularını pozub

Çinin sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqı ətrafındakı Yaponiya ərazi sularını pozduğu bildirilir.

Xalqcebhesi.az xəbər verir ki, "NHK" dövlət televiziyasının Okinava prefekturasındakı 11-ci Sahil Mühafizəsi Qərargahının bəyanatına istinadən verdiyi məlumata görə, iki Çin sahil mühafizə gəmisi Yaponiya ərazi sularını pozub.

“Müxtəlif silahlarla” təchiz edilmiş kimi görünən gəmilərin Yaponiyanın nəzarətində olan Tayşo adasının ətrafında hərəkət etdiyi bildirilir.

Gəmilərin Yaponiya Sahil Mühafizəsinin (JCG) xəbərdarlığından sonra ərazini tərk etdiyi və JCG-nin xarici gəmilər tərəfindən ərazi sularını poza bilməsi üçün əraziyə nəzarəti davam etdirdiyi qeyd edilib.

Çin gəmiləri Yaponiyanın ərazi sularını sonuncu dəfə noyabrın 16-da pozub.

Maraqlıdır ki, pozuntu Yaponiyanın baş naziri Takaiçi Sanaenin Tayvanla bağlı söylədiyi fikirlər səbəbindən Çin və Yaponiya arasında münasibətlərin gərginləşdiyi bir vaxtda baş verib.

Məryəm Quliyeva