12:06
329
ABŞ prezidenti Donald Trampın hava məkanının bağlanacağı ilə bağlı açıqlamasına baxmayaraq, Kolumbiya ilə Venesuela arasında hava əlaqəsinin tam bərpa olunacağı gözlənilir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro bildirib.
"ABŞ-ın Venesuelanın hava məkanını bağlamağa haqqı yoxdur. Onlar öz aviaşirkətlərinə qadağa qoya bilər, lakin xarici şirkətlərə qadağa qoya bilməzlər. Kolumbiya Venesuelaya mülki hava nəqliyyatını bərpa edir və dünyanın qalan hissəsini də eyni şeyi etməyə çağırır", - o, X-də yazıb.
Bundan əvvəl Kolumbiyanın ən böyük aviaşirkəti Avianca və Latamın yerli törəmə şirkəti Venesuelaya uçuşları dayandırmışdı.
Məryəm Quliyeva