
Çex Respublikasında yeni Baş nazir təyin olunub.
“Reuters“ xəbər verir ki, Çex Respublikasının Prezidenti Petr Pavel ANO partiyasının lideri, milyarder Andrey Babişi Baş nazir təyin edib.
Qeyd edək ki, ANO partiyası Çexiyada 3-4 oktyabr tarixlərində keçirilən parlament seçkilərində qalib gəlib.