10:58
546.webp)
Mali, Burkina Faso və Niger NATO modelində öz hərbi bloklarını, Sahel Dövlətləri Alyansının Birgə Qüvvələrini (FU-AES) yaradıblar. Alyansın tərkibində 5 min nəfərlik qüvvə olacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Business Insider Africa" portalı məlumat yayıb.
Blokun açılış mərasimi 20 dekabrda, Bamakodakı hava bazasında baş tutub. Hesabatda bildirilir ki, "Mali, Burkina Faso və Niger Sahel regionunda islamçı üsyançılara qarşı mübarizə aparmaq üçün birgə hərbi qüvvə yaradıb, bu isə Qərbi Afrikada artan təhlükəsizlik və siyasi gərginliyi vurğulayır".
Kontingentə hər üç ölkədən ekstremist qruplara qarşı birgə fəaliyyət göstərəcək hərbçilər daxildir. Məqalədə həmçinin qeyd olunur ki, bu qərar Fransa qoşunlarının Sahelə qayıtmasının qarşısını almaq məqsədilə qəbul edilib. Yerli sakinlər, xüsusilə Benindəki uğursuz çevriliş və Fransa ilə ECOWAS regional alyansının iştirakı sonrası daha çox xarici müdaxilədən narahatdırlar.
Məryəm Quliyeva