İrana hərbi müdaxilə ehtimalı son dərəcə yüksəlib Dünya

İrana hərbi müdaxilə ehtimalı son dərəcə yüksəlib

ABŞ-ın hücumu əsas müzakirə mövzusu olsa da, mümkün əməliyyatın İsraillə birgə keçiriləcəyi bəllidir. Artıq İranın ali dini rəhbəri Xamenei ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, hətta onun xarici ölkəyə köçürüldüyü də deyilir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, İranla bağlı proseslər dialoq mərhələsindən hərbi-siyasi müstəviyə doğru daha da ciddiləşib. Tehran prosesi nəzarətdə saxlamağa çalışaraq qonşu ölkələri də cəlb edir. Xarici amillər arasında əsas məsələlərdən biri region dövlətlərinin, xüsusilə Azərbaycanın mövqeyidir. İran və İsrail bu çərçivədə Azərbaycanla diplomatik-siyasi təmasları intensivləşdiriblər:

"15 yanvarda İran XİN müavini Vahid Cəlalzadənin Azərbaycana səfəri, Ceyhun Bayramov ilə, eləcə də Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşməsi, ardınca isə İsrail xarici işlər naziri Gideon Saarın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri, yüksək səviyyəli görüşlərin keçirilməsi, Azərbaycan prezidenti İlham Əliyevin onu qəbul etməsi və bu görüşlər iqtisadi əməkdaşlıq kimi də təqdim olunsa da, bütün bunların İran ətrafında mümkün hərbi ssenari ilə bağlı proseslərin müzakirəsi, Azərbaycanın prosesə mövqeyinin yoxlanması və mümkün təsir cəhdi şübhəsizdir".

V.Dadaşov deyib ki, Azərbaycan Respublikası bu proseslərdə birbaşa tərəf olmasa da, Cənubi Azərbaycan faktoru Azərbaycanı prosesin aktiv iştirakçısına çevirir. İranda sosial narazılıqların artması, mitinqlərin genişlənməsi və 30 mindən çox iştirakçının öldürülməsi (BBC, 2025), nüvə başlığı daşıya bilən raketlərin sınağı hərbi müdaxiləni zərurət kimi ortaya qoyur. (“Azad İran” TK: İran 10 min km mənzilli qitələrarası ballistik raketin (ICBM) ilk sınağını həyata keçirib). Bu kontekstdə İsrailin narahatlığı, eləcə də İranın regional təsir imkanlarının məhdudlaşdırılması planları açıq şəkildə hiss olunur.

Cavid