SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
5 Fevral 15:36
3 220
Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə Avropanın təhlükəsizlik arxitekturasını, Qara dənizdə əməkdaşlığı, Ukraynadakı münaqişəni, eləcə də Suriya və İranla bağlı məsələləri müzakirə etməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, nazirlikdəki mənbə bildirib ki, Kos fevralın 6-da Türkiyəyə gələcək.
Mənbənin bildirdiyinə görə, Fidan danışıqlarda vurğulayacaq ki, regionda mərkəzi və təsirli geosiyasi oyunçu olan Türkiyənin rolu, imkanları və potensialı nəzərə alınmadan Avropanın təhlükəsizlik arxitekturası qurula bilməz. Görüşdə Türkiyə ilə Aİ arasında Qara dəniz kontekstində əməkdaşlığın vacibliyinin də önə çəkiləcəyi gözlənilir. Nazir, həmçinin Aİ-dən təhlükəsizlik və müdafiə sahəsində təşəbbüslərində strateji və məsuliyyətli davranmasını gözlədiklərini bildirəcək.
Mənbənin məlumatına görə, Türkiyə XİN rəhbəri Türkiyə və Aİ-ni birbaşa maraqlandıran regional məsələlər üzrə koordinasiya və məsləhətləşmələrin əhəmiyyətini vurğulayacaq. Bu məsələlərə Rusiya–Ukrayna müharibəsi, Qəzza və Fələstin hadisələri, Suriyadakı, Liviyadakı və İrandakı mövcud vəziyyət daxildir.
Türkiyə–Aİ ikitərəfli münasibətləri kontekstində Ankarada qeyd ediləcək ki, Avropa İttifaqına tamhüquqlu üzvlük Türkiyənin strateji məqsədi olaraq qalır. Nazir Aİ-nin Türkiyəyə münasibətdə qərəzsiz, rasional və ədalətli yanaşma sərgiləməsinin zəruriliyinə diqqət çəkəcək. Türkiyənin digər namizəd ölkələrlə aparılan bütün proseslərdə və təmaslarda bərabərhüquqlu iştirakının vacibliyi vurğulanacaq.
Bundan əlavə, Fidan Türkiyə ilə Aİ arasında məsləhətləşmə mexanizmlərinin bərpasının, Türkiyə–Aİ Assosiasiya Şurasının iclasının, eləcə də siyasi, enerji və nəqliyyat məsələləri üzrə Yüksək Səviyyəli Dialoqun ən qısa müddətdə keçirilməsinin əhəmiyyətini önə çəkəcək. Türkiyə, həmçinin Aİ ilə Gömrük İttifaqının yenilənməsi üzrə danışıqlara dərhal başlanmasını zəruri hesab edir.
Məryəm Quliyeva
3 Aprel 17:30
1 260
3 Aprel 17:02
1 680
3 Aprel 15:34
1 624