Fidan: ABŞ İranda məhdud uran zənginləşdirilməsinə razıdır Dünya

Fidan: ABŞ İranda məhdud uran zənginləşdirilməsinə razıdır

ABŞ və İran nüvə sazişi ilə bağlı kompromislərə hazırdır, Vaşinqton Tehranın uranı tamamilə zənginləşdirməyi dayandırması tələbindən imtina edə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“ Müsbət məqam ondan ibarətdir ki, görünür, amerikalılar dəqiq müəyyən olunmuş çərçivələr daxilində İranda uranın zənginləşdirilməsinə icazə verməyə hazırdırlar. İranlılar artıq başa düşürlər ki, amerikalılarla razılığa gəlməlidirlər, amerikalılar isə anlayırlar ki, iranlıların da öz limitləri var”, — deyə XİN başçısı "Financial Times" qəzetinə müsahibəsində bildirib.

Məryəm Quliyeva