12:35
749
İsrail təyyarəsi İranın qərbində yerləşən Sənəndəc hava limanında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH – İran Silahlı Qüvvələrinin elit bölmələri) Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopterinə hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (İMQ) mətbuat xidməti məlumat yayıb.
"İsrail HHQ-nin təyyarəsi, İMQ-ın real vaxt rejimində əldə etdiyi dəqiq kəşfiyyat məlumatları əsasında Həmədandakı Sənəndəc hava limanında SEPAH-ın Mi-17 helikopterini aşkar edərək zərbə endirib", — deyə məlumatda bildirilir.
Mətbuat xidməti həmçinin bəyan edib ki, İsrail "İslam İnqilabı Keşikçiləri Korpusunun döyüş imkanlarını zəiflətməyə və İranın qərbində hava üstünlüyünü genişləndirməyə davam edir".
Məryəm Quliyeva
12:51
735
12:24
812
12:01
784