“Şagirdlərin Maliyyə Mühəndisliyi” qrant layihəsi çərçivəsində keçirilən təlimlər uğurla davam edir
SEPAH HDQ komandanı Əlirıza Təngsiri aprelin 3-də dəfn olunacaq
Azərbaycanla Mərakeş arasında imzalanmış saziş təsdiq edilib
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
12:12
679
ABŞ Prezidenti Donald Tramp administrasiyası Hörmüz boğazının idarəçiliyinin beynəlxalq konsorsiuma verilməsini təklif edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio bu təşəbbüsü Böyük Yeddilik (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşündə təqdim edib. O qeyd edib ki, Hörmüz boğazında gəmiçilik azad olmalı və heç bir rüsum ödənilmədən həyata keçirilməlidir.
Eyni zamanda, Pakistan, Misir, Türkiyə və Səudiyyə Ərəbistanının iştirakı ilə alternativ plan da müzakirə olunur. Bu plan Süveyş kanalında olduğu kimi, tranzit keçid rüsumlarının tətbiq edilməsini nəzərdə tutur.
Məryəm Quliyeva