İranın Ali Rəhbəri Fars körfəzi ölkələrinə müraciət edib Gündəm

İranın Ali Rəhbəri Fars körfəzi ölkələrinə müraciət edib

İranın cənub qonşuları "şeytanların" yalan bəyanatlarına şübhə ilə yanaşmalıdırlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran dövlət televiziyasının ölkənin Ali Rəhbəri Müctəba Xameneinin adından yaydığı bəyanatda bildirilir.

"Bu məqamda mən İranın cənub qonşularına deyirəm: siz bir möcüzənin şahidisiniz. Odur ki, düzgün baxın, düzgün anlayın, düzgün tərəf seçin və şeytanların yalan vədlərinə şübhə ilə yanaşın", — deyə əvvəlki Ali Rəhbər, Müctəbanın atası Əli Xameneinin vəfatının 40-cı günü (çehilləm) münasibətilə yayımlanan bəyanatda qeyd olunub.

Müctəba Xamenei həmçinin vurğulayıb ki, İran "cinayətkar işğalçıları" rahat buraxmayacaq və ölkəyə dəymiş ziyana görə təzminat tələb edəcək.

Məryəm Quliyeva