12:57
910
İspaniya Hörmüz boğazında heç bir hərbi əməliyyatda iştirak etmək niyyətində deyil.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Xose Manuel Albares "RNE" radiostansiyasına verdiyi müsahibədə bildirib.
“Hörmüz yenidən hər hansı bir ölkənin hər hansı bir gəmisi üçün ayrı-seçkilik qoyulmadan azad, təhlükəsiz və ödənişsiz tranzit boğazına çevrilməlidir... Biz Hörmüzdə heç bir hərbi əməliyyatda iştirak etməyəcəyik”, — deyə diplomat əminliklə bildirib.
Nazir həmçinin Aİ-nin İsrail ilə assosiasiya sazişinin dayandırılmasının tərəfdarı olduğunu bir daha vurğulayıb. “Avropa İttifaqı yalnız insan haqlarına hörmət əsasında özünü demokratiya kimi tanıyan digər ölkələrlə qarşılıqlı fəaliyyət göstərə bilər”, — deyə Albares əlavə edib.
Məryəm Quliyeva