Deputat Azər Allahverənov Pirşağı qəsəbəsinin sakinləri ilə görüşüb Siyasət

Deputat Azər Allahverənov Pirşağı qəsəbəsinin sakinləri ilə görüşüb

Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Pirşağı qəsəbəsində sakinlərlə növbəti görüşünü keçirib.

Pirşağı Bələdiyyəsinin inzibati binasında təşkil olunan görüşdə qəsəbədə mövcud olan vəziyyət nəzərdən keçirilib, yerli sakinləri narahat edən məsələlər ətrafında ətraflı müzakirələr aparılıb. Xüsusilə infrastruktur sahəsində mövcud çatışmazlıqlar, o cümlədən kommunal xidmətlərin effektiv təmin edilməsi, küçələrin işıqlandırılması, yol şəbəkəsinin yenilənməsi və nəqliyyat hərəkətinin təhlükəsiz təşkili kimi məsələlər diqqət mərkəzində olub.

Deputat Azər Allahverənov Pirşağı Bələdiyyəsinin nümayəndələri ilə birlikdə səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində mümkün həll yollarını müzakirə edib.

Görüşün keçirilməsində əsas məqsəd yerli əhalinin müraciətlərini yerində dinləmək, problemləri daha dərindən araşdırmaq və onların həlli ilə bağlı aidiyyəti qurumlar qarşısında təşəbbüslərlə çıxış etmək olub.

Cavid