
İranın hərbi əməliyyatların tam dayandırılması haqqında Pakistan vasitəsilə ABŞ-yə ötürülən 14 bənddən ibarət təklifinin bəzi detalları məlum olub.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Qeyd edilib ki, ABŞ tərəfinin təqdim etdiyi doqquz maddəlik təklifdə iki aylıq atəşkəs tələbi olub. Rəsmi Tehran isə buna cavab olaraq bildirib ki, məsələlər 30 gün ərzində həll edilməli və diqqət atəşkəsin uzadılması əvəzinə, "müharibənin başa çatması"na cəmlənməlidir.
İranın 14 bəndlik təklifində hərbi təcavüzün edilməyəcəyinə dair zəmanət, ABŞ hərbi qüvvələrinin İranın ətraf ərazilərindən çıxarılması, dəniz mühasirəsinin aradan qaldırılması, İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması, təzminat ödənilməsi, sanksiyaların ləğvi və bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin sona çatması, Hörmüz boğazı üçün yeni mexanizm və s. kimi mövzular yer alıb.
"Tasnim" İranın ABŞ-dən təkliflərə rəsmi cavab verilməsini gözlədiyini vurğulayıb.
Daha əvvəl İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Tehranda xarici ölkələrin səfirləri ilə görüşündə bildirib ki, İran Pakistan vasitəsilə ABŞ-yə münaqişənin nizamlanması üzrə yeni plan ötürüb.
ABŞ Prezidenti Donald Tramp isə "Truth Social" sosial şəbəkəsində paylaşım edərək vurğulayıb ki, İranın cavabını çətin qəbul etsin.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.
Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Bu arada “Nyi-York Tayms” qəzeti Ağ Evdə keçirilən müzakirələrlə tanış olan mənbələrə istinadən xəbər verib ki, ABŞ prezidenti Donald Trump İranın son təklifini qəbul etməyəcək. Bu təklif Hörmüz boğazının açılmasını, lakin nüvə proqramı məsələsinin sonrakı danışıqlara saxlanmasını nəzərdə tutur.
Məlumata görə, Tramp müşavirlərinə bildirib ki, İranın boğazın fəaliyyətini bərpa etmək və müharibəni dayandırmaqla bağlı son təklifi onu qane etmir. Həmçinin Ağ Evdə keçirilən iclas zamanı ABŞ-ın Tehranı danışıqlarda ciddi güzəştlərə məcbur etmək üçün daha hansı hərbi əməliyyatlara ehtiyac ola biləcəyi müzakirə olunub.
CNN də vəziyyətlə tanış mənbələrə istinadən bildirir ki, son günlər ABŞ-a təqdim olunan bu planın Tramp tərəfindən qəbul edilməsi ehtimalı azdır.
Mənbələrin fikrincə, zənginləşdirilmiş uran məsələsi həll olunmadan boğazın açılması ABŞ-ı danışıqlarda əsas təsir rıçağından məhrum edə bilər.
Bununla yanaşı, İran gəmilərinə tətbiq olunan blokadanın davam etməsi enerji daşıyıcılarının qiymətlərinin artımını uzadacaq; bu artım artıq ABŞ-da benzinin qiymətinin kəskin yüksəlməsinə səbəb olub.
CNN-in məlumatına görə, keçirilən görüşdən sonra Trampın növbəti addımlarının nə olacağı hələ də qeyri-müəyyən olaraq qalır. ABŞ rəsmiləri bildirirlər ki, İran rəhbərliyi daxilində fikir ayrılıqları narahatlıq doğurur və potensial razılaşma ilə bağlı son qərarın kim tərəfindən veriləcəyinə əmin deyillər.
Eyni zamanda, Tramp ötən həftə atəşkəsi uzatdıqdan sonra dayandırılmış bombardmanların bərpası ideyasına ictimai şəkildə skeptik yanaşdığını da bildirib.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff CNN telekanalına müsahibəsi zamanı deyib ki, Vaşinqton İranla münaqişənin sülh yolu ilə həlli üzrə müzakirələri davam etdirir. "Biz müzakirələr aparırıq", - deyən Uitkoff danışıqların hazırkı vəziyyəti ilə bağlı heç bir əlavə məlumat verməyib.
Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Elşən Manafov deyib ki, İranın ABŞ-nin irəli sürdüyü şərtlər müqabilində İslamabadda danışıqlardan imtina etməsi, üstəlik münasibətlərdəki problemlərin nizamı məqsədilə alternativ şərtlər irəli sürməsi prezident Trampı dilemma qarşısında qoyub, İran tərəfinin irəli sürdüyü şərtlərin hətta bir qisminin belə qəbul edilməsi ABŞ-nin İsrailin təhdidi ilə başlamış olduğu müharibədə geri çəkilməsi təəssuratı doğuracaq, hərbi əməliyyatların quru qoşunlarının iştirakı barədə qərarının isə səmərə verə biləcəyi ilə bağlı məsələlərə də Pentaqon, habelə Mərkəzi Kəşfiyyat İdarəsinin birmənalı cavabı yoxdur, zira bir sıra amillər bu halda ABŞ-nin məğlubiyyətlə üzləşəyəcəyini istisna etmirlər: “İranın irəli sürdüyü şərtlərin qəbul olunması ABŞ-nin özündə siyasi böharanı dərinləşdiricəyi birmənalıdır. Konqresdə müxalifəti təmsil edən demokratlar onsuz da Trampın İranla bağlı mövqeyini siyasi avantura olduğunu bəyan edir və ölkədəki siyasi və sosial gərginlik fonunda Trampı istefaya göndərməyə çalışacaqlar. Məsələ burasındadır ki, aprelin 28-də Trampın Konqresin razılığı olmadan müharibəyə başlamaq barədə qanunvericilin myəyyən etdiyi 60 günlük müddət başa çatır və muxalifətin Konqresin səlahiyyətləri çərçivəsində Trampın impiçmentinə nail olmaq üçün səylərini gücləndirəcəyi birmənalıdır. Konqress Trampı qanunvericilin tələblərini pozmaqda ittiham edəcək, onu İranla müharibədəki məğlubiyyətin əsas günahkarı elan edəcək. Trampın isə gerçəkiliklərdən uzaq iddiaları (İran ordusunun sarsıdlması, onun nüvə potensialına ciddi zərbələrin endirilməsi, İranın siyasi rəhbərliyinin çaşqınlıq içində olması barədə) təhrif olunmuş məlumatları gözlənilən effekti vermir və bu da anlaşılandır.
Müharibə başlanandan ABŞ-nin hərbi məsrəflərinin 60 milyardı ötməsi və bu zaman hələ də əsas məqsədlərinə çatmaması Konqresdə respublikaçılara ünvanlanacaq əsas ittihamlar olacaq”
Onun fikrincə, digər tərəfdən müharibə ABŞ və onun NATO üzrə müttəfiqləri arasında münasibətlərdə gərginlik doğurub, etimadsızlığı ehtiva edən qarşılıqlı ittihamlar artıb. ABŞ Avropadakı müttəfiqlərini onu satmaqda, İran əleyhinə hərbi kampaniyaya qoşulmamaqda, Hörmuz boğazına hərbi dəniz qüvvələrini göndərməməkdə qınayır. ABŞ-nin regionun ərəb dövlətləri ilə münasibətlərində gərginlik yaşanmaqdadır. Müharibə dönəmində ABŞ-nin ərəb ölkələrindəki hərbi bazalarının İran tərəfinin atdığı dron və raketlərinin hücumlara məruz qalması və bununla əlaqədar dağıntı və tələfatlar, ərəb dövlətlərinin neft emalı zavodlarının, habelə enerji infrastukturlarının dağıntılara məruz qalması ABŞ-nin müttəfiqləri olan ərəb ölkələrində ona münasibətdə etimadsızlığın yaranmasına, ərəb siyasi eltalarında çaşqlnlığa, cəmiyyətlərində isə ABŞ-nin Fələstin problemi ilə bağlı danışıqlarda bir qayda olaraq İsraili dəstəkləməsinə görə həmişə mövcud olmuş antiamerinizm ritorikaslnın daha da güclənməsinə səbəb olmuşdur. Dmokratlara görə Trampın İranla bağlı siyasi avyanturası ABŞ-nin regionda nüfuzunun zəifləməsinə səbəb olmaqla bölgədə geosiyasi qarşıdurmada Rusiya və Çinin xeyrinə işləmiş faktorlar olmuşlar: “Rəsmi Tehranın danışıqlar masası arxasına qayıtmaq üçün irəli sürdüyü şərtlər isə (təcavuz nəticəsində İrana dəymiş ziyana görə 270 milyard dollarlıq kompensasiya, İranın nüvə enerjisindən istifadə hüququnun rəsmən tanınması, ona tətbiq edilən sanksiyaların dayandırılması, İranla bağlı BMT səviyyəsində qəbul edilən qərarların ləğv edilməsi, İrana bundan sonra hücumun olmayacağı ilə bağlı yazılı təminatlar, İsrailin Livana hücumunun dayandırılması, regionun ərəb dövlətlərinin ərazisindən ABŞ hərbi bazalarının çıxarılması və s.) göstərir ki, öz simasını qorumaq üçün Trampın İrana qarşı hərbi əməliyyatların növbəti mərhələsinə keçid barədə qərar qəbul etməsindən başqa yol qalmır və ya Pakistan və Omanının vasitəçiliyi ilə gedən danışıqlarda Tramp rəsmi Tehranın irəli sürdüyü bir sıra şərtlərin yumşaldılması üçün guzəştlərə dolayısı yolla qəbul etməyə razı olduğuna işarə verəcək.
Zira İrana qarşı quru qoşunlarının və aviasiyanın iştirakı ilə başlanacaq müharibə İranla yanaşı regionda da böyuk dağıntılara səbəb olacaq, müharibə uzanacaq, deməli, maliyyə məsrəfləri astonomik bir səviyyəyə qalxacaq. İsrailin dövlət olaraq mövcudluğu sual altında qalacaq, zira, onun ərazisi və əhalisi İranla müqayisəyə gəlməyəcək dərəcədə kiçikdir, müharibənin uzanmasl dünyada enerji böhranını dərinləşdirəcək, bu isə Avropa ölkələrində enerji tariflərinin yüksəlməsinə, sosial gərginliyə, işsizliyin və inflyasiyanın artmasına gətirib çıxaracaq, ABŞ-nin Avropadakı nüfuzuna xələl gələcək, enerji qiymətlərinin qalxması Rusiyanın xeyrinə
olacaq, Avropada Çinin nüfuz imkanları artacaq və s. Bu perspektivlər Tramp administrasiyasına İranla başlanmış olan müharibədə ancaq Pirr qələbəsi vəd edə bilər ki, bu "qələbə" ABŞ yeni dunya nizami ilə bağlı geosiyasi məzmunlu konsepsiyasını tarixin arxivinə göndərilməsi kimi "böyuk oyun"da sonun başlanğıcı olacaq”.
Cavid