Litva Hörmüz koalisiyasına minatəmizləmə mütəxəssisləri göndərir​​​​​​​ Dünya

Litva Hörmüz koalisiyasına minatəmizləmə mütəxəssisləri göndərir​​​​​​​

Litva, Hörmüz boğazında gəmiçiliyin bərpasını təmin etmək üçün yaradılan beynəlxalq koalisiyanın tərkibinə minatəmizləmə mütəxəssisləri göndərə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Jinyu radiyas" radiostansiyasının efirində Litvanın müdafiə naziri Robertas Kaunas məlumat verib.

"Bizim ciddi minatəmizləmə potensialımız var. Bu, həm hazırlıqlı komandalara, həm də avadanlıqlara aiddir. Hörmüz boğazındakı əməliyyatda iştirakla bağlı məhz bu istiqamətə yönəlmək niyyətindəyik", — deyə o bildirib.

Nazirin sözlərinə görə, Silahlı Qüvvələr gəmiçiliyin bərpasını təmin edəcək beynəlxalq koalisiyaya qoşulmaq üçün Litvanın hansı imkanlara malik olduğu barədə ölkə rəhbərliyinə məlumat təqdim edib.

"Yekun qərarı Dövlət Müdafiə Şurası qəbul edəcək", — deyə Kaunas qeyd edib. Prezident Gitanas Nauseda şuranın yaxın vaxtlarda toplanacağına söz verib.

Məryəm Quliyeva