12:30
588
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert "Madyar" Brovdi bildirib ki, mayın 15-nə keçən gecə Ukrayna qüvvələri Taqanroq, Yeysk, eləcə də Krım, Donetsk, Zaporojye və Luqansk vilayətlərindəki 23 hərbi hədəfə 55 atəş zərbəsi endirib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Facebook"da məlumat paylaşıb.
"Pilotsuz Sistemlər Qüvvələri (PSQ) Rusiyanın Yeysk şəhərində K-27 döyüş sursatı ilə birlikdə bir ədəd "Be-200 Altair" amfibi təyyarəsini, "Pantsir" və "Tor" zenit-raket komplekslərini (ZRK) məhv edib, həmçinin döyüş sursatı daşıyan quru yük gəmisi, lokomotiv və digər obyektlər vurulub.
Mayın 15-nə keçən gecə PSQ-nin "Ptaxs" DSX Taqanroq, Yeysk və müvəqqəti işğal olunmuş Krım, Donetsk, Zaporojye, Luqansk vilayətlərinin (o cümlədən Berdyansk, Melitopol və s.) əməliyyat dərinliyindəki 23 hərbi hədəf və obyektə 55 atəş zərbəsi endirib.
Vurulan hədəflər arasında:
Be-200 təyyarəsi, Morskoy yaşayış məntəqəsi, Rusiya (PSQ-nin 1-ci Xüsusi Mərkəzi);
KA-27 helikopteri, Morskoy yaşayış məntəqəsi, Rusiya (PSQ-nin 1-ci Xüsusi Mərkəzi);
"Tor-M2" ZRK, Qonçarovo yaşayış məntəqəsi, Luqansk vilayəti (PSQ-nin 427-ci 'Raroq' əlahiddə briqadası);
"Pantsir-S1" ZRK, Xutorok yaşayış məntəqəsi, Krım MR (PSQ-nin 1-ci Xüsusi Mərkəzi);
Döyüş sursatı ilə yüklənmiş quru yük gəmisi, Berdyansk şəhəri, Zaporojye vilayəti (PSQ-nin 1-ci Xüsusi Mərkəzi);
Düşmənin tədris mərkəzi və yanacaq-sürtkü materialları anbarı, Rayqorodka, Luqansk vilayəti (PSQ-nin 414-cü "Madyarın Quşları" və 20-ci "K-2" əlahiddə briqadaları).
Bu, mayın 1-dən 15-nə qədər PSQ tərəfindən məhv edilən düşmən hava hücumundan müdafiə (HHM) sistemlərinin 16-cı və 17-ci elementləridir.
Ümumilikdə, dekabr ayından may ayına qədər PSQ tərəfindən 153 HHM vahidi məhv edilib:
ZRK — 108 ədəd
Radiolokasiya kompleksləri (RLS) — 39 ədəd
Radioelektron mübarizə (REM) kompleksləri — 6 ədəd
Əməliyyatlar Pilotsuz Sistemlər Qüvvələrinin yeni yaradılmış Dərinlikdən Vurma Mərkəzi tərəfindən koordinasiya edilib.
Bundan başqa, Xüsusi Əməliyyat Qüvvələri (SSO), Baş Kəşfiyyat İdarəsi (GUR) və digər bölmələrlə birlikdə Ryazan Neft Emalı Zavoduna kütləvi "nəzakət ziyarəti" (zərbə) edilib. Kreml yanacaqdoldurma məntəqəsi Tuapse marşrutu ilə gedir", — deyə Brovdinin məlumatında bildirilir.
Məryəm Quliyeva